Qulaqlıqlı oğlan 2 üçün səbəb?
Bəzən qulaqlıqlı oğlan silsiləsinə yenidən başlamaq istəyirəm, yenidən dinləmək, hiss etmək və yazmaq. Sonra deyirəm nəyə lazımdı, bəzi kitablar bağlanırsa, yenidən açılmamalıdır. Bəzəndə deyirəm ki, zövq alırdınsa davam etməlisən, baxmamalısan rəqəmlərə, baxmamalısan oxunub-oxunmamağa, özün üçün davam etməlisən, çünkü özün bundan zövq alırdın.
Bəzən qulaqlıqlı oğlan silsiləsinə yenidən başlamaq istəyirəm, yenidən dinləmək, hiss etmək və yazmaq. Sonra deyirəm nəyə lazımdı, bəzi kitablar bağlanırsa, yenidən açılmamalıdır. Bəzəndə deyirəm ki, zövq alırdınsa davam etməlisən, baxmamalısan rəqəmlərə, baxmamalısan oxunub-oxunmamağa, özün üçün davam etməlisən, çünkü özün bundan zövq alırdın.
Niyə bilmirəm ama gürcü və fars dillərindəki musiqilər çok ləzzət edir, düzdü playlistimdə hərəsindən 2-3 dənədi, amma yenə də o 2-3 misiqi belə çok büyük zövq verir. Bəlkə də sözləri başa düşmədiyimdəndir, sözləri anlamırsan və sözlər səni bir xəyala sürükləmir, çərçivəyə salmır, limitləmir. Musiqi ilə daha geniş bir pəncərədən baxa bilirsən. Birinin gözünün qarşısına ocaq başında bir söhbət gəlirsə, digəri fırtınalı dalöalarla boğuşarkən okeyanın ortasındaki bir gəmidə olduğunu düşünə bilər.
Bəs onda niyə sözsüz musiqilər seçilmir, sırf anlamadığın bir dil olmalıdır? Çünkü sözlərin gücü var, intanasiyası, vurğusu, tonu var. Pauzası və ya ritmi var. Sürəti, yavaşlığı var və bu ayrıca bir rol qatır xəyalına, təkan verir, güc verir.
Azərbaycanda yaşadığım müddətdə azərbaycanca musiqilərlə qulaqlıqlı oğlan silsiləsi yazmışdım. Sonra Türkiyə, Gürcüstan, Serbiya köçlərimdə oralara aid olan msuiqilərlə yeni silsilələr başlayıb başlamamaq barədə çox düşündüm və 4 ili ötürdüm, heçnə də edə bilmədim. Bəlkə də elə məsələ budur, edərəm deməklər, ötürməklər, gecikməklər. Geriyə qayıdıb - Qulaqlıqlı oğlanın 1-ci silsiləsinə baxmaq, və “hə nə olsun?” deyib davam etməmək.
Bilmirəm, nə olmalı idi ki, nə istəyirdim ki, nə üçün gözləntiyə girirdim ki? Bəlkədə elə məsələ budur. Sadəcə olmaq, sadəcə yazmaq, sadəcə yaratmaq. Nə üçünsə yox, niyəsiz, səbəbsiz.
Səbəbsiz?…
Bu yazını yazmaq üçün dilədiyim musiqilər: 1. Azərbayncana - Dağlarda Duman gözəldi (https://youtu.be/CMv9swq_Cos) 2. Türkcə - Bir ağac olsam (https://youtu.be/TRuBp2lMiXA) 3. Gürcücə - აი მთაზედა (Ai Mtazeda, burada dağda) (https://youtu.be/E-L9EfvjUP4) 4. Farsça - خونه ی م (Khooneye Ma, Mənim evim) (https://youtu.be/f0-fPwuPpAk)
Mənbəmuzafferus.wordpress.com/2026/08/31/qulaqliqli-o
Deyilənlər
hələ yazılmayıbHələ heç kim yazmayıb
Birinci sən ola bilərsən — bir cümlə də sayılır.